AZ

Klublararası dünya çempionatında ən çox gəlir əldə edən klub məlum oldu

FIFA-nın təşkil etdiyi Klublararası Dünya Çempionatında indiyədək ən çox gəlir əldə edən komandaların siyahısı açıqlanıb.

90deqiqe.Az-ın “Marca”ya istinadən yaydığı xəbərə görə, turnirdə yarımfinala yüksələn "Real Madrid" maliyyə baxımından da liderdir.

Madridlilər bu günə qədər yarışdan 72,89 milyon avro gəlir əldə ediblər. Siyahının ikinci pilləsində 66,43 milyon avro ilə Fransanın PSJ klubu qərarlaşıb. İlk üçlüyü 52,32 milyon avro qazanan Braziliyanın “Fluminense” kollektivi tamamlayıb.

Ən çox gəlir əldə edən klubların ilk doqquzluğu aşağıdakı kimidir:

Real Madrid – 72,89 milyon avro

PSJ – 66,43 milyon avro

Fluminense – 52,32 milyon avro

Çelsi – 50,83 milyon avro

Bavariya – 48,97 milyon avro

Borussiya Dortmund – 45,43 milyon avro

Mançester Siti – 42,51 milyon avro

Palmeyras – 34,26 milyon avro

İnter – 32,35 milyon avro

Seçilən
5
3
90deqiqe.az

10Mənbələr