Məlum olduğu kimi ''Fənərbaxça''nın 2021-dən bu yana davam edən ''Puma'' şirkəti ilə əməkdaşlığı bu il başa çatdı.
Artıq İstanbul nəhənginin yeni sponsoru ''Adidas'' şirkətidi. Bununla bağla imza mərasimi hələ iyunun 19-da keçirilmişdi. ''Sarı-lacivərdlilər'' ''Adidas'' ilə beşillik müqavilə imzalayıb. Anlaşma tək futbol yox, basketbol və voleybol komandaları üçün də keçərlidi.
Bu arada ''Fənər''in bu işbirliyindən qazanacağı məbləğ bəlli olub. Türkiyə mətbuatının yazdığına inansaq, ''Adidas'' kluba bu müddətdə 60 milyon avro ödəyəcək. Bu da illik 12 milyon avro deməkdi. Rəhbərlik bu il forma satışlarından ciddi gəlir əldə etməyi planlaşdırır. Onu da vurğulayaq ki, yeni mövsümün formalarının tanıtımı artıq baş tutub. Komandanın yeni mövsümdə geyəcəyi ev və səfər formaları artıq satışa buraxılıb.
Maraq üçün formanın qiymətinin 4249 lirə olduğunu bildirək ki, bu da bizim pulla 181 manat deməkdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta