UEFA “Çelsi”nin maliyyə pozuntuları müqabilində London klubunu ümumilkdə 80 milyon avro məbləğində cərimə ödəməyə mükəlləf edib.
Arena.az bu barədə ali futbol qurumunun rəsmi saytına istinadən məlumat verir.
UEFA “zadəganlar”ı birbaşa ödənilməsi şərti ilə 20 milyon avro məbləğində cərimələyib. Daha 60 milyon avro məbləğində cərimə isə “Çelsi”yə şərti olaraq tətbiq edilib.
“Çelsi” 4 illik müddəti əhatə edəcək müşahidə altında olacağı haqda qitə futbol qurumu qarşısında öhdəlik götürüb.
İngiltərədən “Aston Villa” da cəriməyə məruz qalıb. Birmingem klubu 5 milyon avro məbləğində cərimə ödəyəcək. “Şirlər”ə həmçinin 15 milyon avro məbləğində şərti cərimə də kəsilib.
Xatırladaq ki, daha əvvəl İspaniya çempionu “Barselona” da maliyyə pozuntuları müqabilində ümumilikdə 60 milyon avro məbləğində cərimələnmişdi.