AZ

BRİKS artıq G7-dən iqtisadi baxımdan üstünlüyə malikdir - Putin

Rusiya prezidenti Vladimir Putin BRIKS sammitində mühüm açıqlamalarla çıxış edib.

Musavat.com xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin BRIKS sammitinin iclasında çıxışı zamanı bir sıra mühüm məsələlərə toxunub. O bildirib ki, BRIKS ölkələrinin ümumi iqtisadi potensialı artıq Qərbin G7 formatını əhəmiyyətli dərəcədə üstələyir. 2025-ci il üçün göstəricilərə əsasən, BRIKS-in birgə ÜDM-i G7 ölkələrinin göstəricisindən təxminən 25% çoxdur.

Putin vurğulayıb ki, BRIKS daxilində milli valyutalarla hesablaşmalar daim artır və bu, təşkilat daxilində iqtisadi müstəqilliyin möhkəmlənməsinə xidmət edir. O, həmçinin qeyd edib ki, BRIKS-in mövqeyi qlobal Cənub və Şərq ölkələri tərəfindən dəstəklənir və təşkilat bu regionlardan çoxsaylı tərəfdaş qazanıb.

Rusiya liderinin sözlərinə görə, dünyada daha ədalətli və çoxtərəfli beynəlxalq münasibətlər sistemi formalaşmaqdadır. Bu sistem artıq “qızıl milyard”ın maraqlarını təmin edən təkqütblü dünyanı əvəzləyir. O əlavə edib ki, “liberal qloballaşma” modeli özünü doğrultmayıb və dövrünü başa vurub.

Musavat.com

Seçilən
14
25
musavat.com

10Mənbələr