AZ

Braziliya prezidenti: BMT Təhlükəsizlik Şurasının genişləndirililməlidir

BAKI, 6 iyul. TELEQRAF

Braziliya prezidenti Lula da Silva BMT Təhlükəsizlik Şurasının genişləndirilməsinə çağırıb.

Teleqraf xəbər verirf ki, o, Asiya, Afrika və Latın Amerikası dövlətlərinin daimi üzvlər kimi quruma daxil olunmasını təklif edib.

O deyib: "Qarşılaşdığımız etimad böhranını aradan qaldırmaq üçün BMT Təhlükəsizlik Şurası kökündən dəyişdirilməlidir. Onu daha qanuni, təmsilçi, effektiv və demokratik etməliyik".

Braziliya liderinin sözlərinə görə, belə islahatlar BMT-nin mövcudluğunu təmin etmək üçün lazımdır.

Qeyd edək ki, bu gün Braziliyada BRICS Sammiti başlayıb.

Seçilən
3
40
teleqraf.com

10Mənbələr