AZ

Tramp “acizliyini” etiraf edir..?

Sia Az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Tramp artıq Ukraynada müharibəni dayandıra biləcəyini bilmir. Bundan əvvəl ABŞ prezidenti onu “24 saat” ərzində başa çatdıracağına söz vermişdi...

...Və bu arada ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynadakı müharibəsinə son qoya biləcəyinə şübhə ilə yanaşıb.

SİA-xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb. Tramp Rusiyanın Ukraynaya qarşı müharibəsini bitirə biləcəyinə artıq əmin olmadığını bildirib.

Bəyanat onun seçki kampaniyası zamanı verdiyi münaqişəyə tez bir zamanda son qoymaq vədindən çox fərqlidir. ..Bilmirəm. Bunun baş verib-verməyəcəyini sizə deyə bilmərəm.

...Deməli, ABŞ prezidenti etiraf edib bunu.

Prezidentdən müharibəni bitirməyin prioritet olub-olmadığını soruşduqda, o, həqiqətən də bunu arzulayacağını söylədi. ...Bəli. Mən bunun baş verməsini istərdim.

Tramp bunu da deyib.

Seçki kampaniyası boyu Tramp vəzifəyə gəldiyi ilk gündə – “24 saat ərzində” iki ölkə arasında hərbi əməliyyatları dayandıracağına söz verdi. O, sonradan bu vədindən geri çəkilərək bunu “şişirtmə” adlandırıb.

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
50
sia.az

10Mənbələr