AZ

Binəqədidə ağaclardan qurd tökülür, sakinlər narahat olub

Bakının Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yaşayan sakinlər ağaclardakı qurdlardan şikayətçidirlər.

Xezerxeber.az-ın məlumatına görə, ağaclardan tökülən qurdlar sakinləri bezdirib.

"Bu həyətdə çoxlu ağaclar var. Özümüz abadlaşdırdıq, ağac əkdik, suladıq ki, kölgəsində dincələk. Amma qurdlar bizə imkan vermir", - deyə sakinlər şikayətlənir.

Ərazidəki hər iki binanın problemi bununla da bitmir, zirzəmilər tullantı suları ilə də dolub.

Hər iki məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanladıq.

Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən "Xəzər Xəbər"ə bildirdilər ki, qurdlar, eləcə də həşəratlarla bağlı məsələ nəzarətdədir və növbəli şəkildə sözügedən ərazilər dezinfeksiya ediləcək.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə qeyd etdilər ki, həmin ünvanda su axıntısı bir neçə dəfə qeydə alınıb, hər dəfə də Sukanal idarəsinin əməkdaşları problemi yerindəcə həll edib. İstismar müddətini bitirən boruların bir hissəsi yueniləri ilə əvəz olunub, işlər mərhələli şəkildə görülür. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
0
13
far.az

10Mənbələr