AZ

Qapıları təhlükəyə açılan evlər...VİDEO

Paytaxtda bir neçə yaşayış massivində, xüsusilə Keşlə, Biləcəri və Xırdalan ərazilərində dəmiryolu xəttinin mühafizə zonası uzun illərdir pozulur. Qaydalarda açıq şəkildə bildirilir ki, relsə yaxın minimum 15 metrlik ərazidə heç bir tikili ola bilməz. Ancaq sanki bu tələb bəzi rayonlara aid edilməyib. Demək olar ki, dəmiryolu vağzalından başlayaraq, xətt boyu evlər relslərin düz dibində tikilib. Başqa sözlə, bəzi evlərin qapısı elə birbaşa qatar xəttinə açılır.

Xezerxeber.az-ın məlumatına görə, Keşlə sakinləri uzun illərdir həmin evlərdə yaşayır. Deyirlər ki, əvvəllər bu tikililər az olub, zamanla artaraq bir məhəllə halını alıb. Hazırda isə bu mənzərə "Şanxay" kimi tanınan xaotik görüntünü xatırladır. Ərazidə nə yol, nə kanalizasiya sistemi, nə də digər infrastruktur var. Əvəzində isə ağır yüklə və ya sərnişinlərlə hərəkət edən qatarların bir addımlığında uşaqlar oynayır, insanlar yaşayır.

Sakinlər bildirir ki, bu evlərin heç birinin çıxarışı yoxdur. Ərazidə yaşayanların demək olar ki, yalnız qeydiyyatı var.

Sakinlər arasında elələri də var ki, köçürülməyə razıdır. 2018-ci ildə ərazidə müəyyən qədər evin söküntüsünə başlanılsa da, proses yarımçıq qalıb. İndi isə gözləyənlər çoxdur. Onlar yeni və təhlükəsiz məkanda yaşayışa üstünlük verirlər. Bəziləri isə doğma məhəlləni tərk etmək istəmir.

Hazırda problemin yeganə həlli - sənədsiz evlərin mərhələli şəkildə köçürülməsi, dəmiryolu xətlərinin ətrafında təhlükəsizlik zonalarının yaradılması və şəhərsalma qaydalarına uyğun abadlaşdırmanın aparılmasıdır. Bu, həm insan həyatını qoruyar, həm də paytaxtın gözəllyinə gözəlik qatar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
9
2
xezerxeber.az

3Mənbələr