AZ

Maksim De Köyper “qağayılar”a qoşuldu

“Brügge”nin 24 yaşlı belçikalı sol cinah müdafiəçisi Maksim De Köyper bundan sonra “Brayton”un uğurları üçün çalışacaq.

Arena.az bu barədə “Brayton”un rəsmi saytına istinadən məlumat verir.

Tərəflər 5 illik – müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləyə imza atıblar.

Keçid İngiltərə təmsilçisinə 20 milyon avro məbləğ müqabilində başa gəlib.

Maksim De Köyper “Brügge”nin məzunudur və karyerası ərzində “Klub NKST” və “Vesterlo”da icarə əsasında çıxış edib.

2024/2025-ci illər mövsümündə De Köyper “Brügge” üçün 54 oyun keçirib, 4 qol vurub və 7 məhusalr ötürmə verib.

Maksim De Köyper 2024-cü ilin iyun ayında debüt etdiyi Belçika yığmasının heyətində 10 oyuna 3 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 24 yaşlı belçikalı sol cinah müdafiəçisinin transfer dəyərini 16 milyon avro məbləğ müqabilində qiymətləndirir.

Seçilən
1
2
arena.az

10Mənbələr