İtaliyanın "Yuventus" klubu sol cinah müdafiəçisi Andrea Kambyaso ilə müqavilənin uzadılması üzrə danışıqlara başlayıb.
90deqiqe.Az-ın məlumatına görə, Turin təmsilçisi 25 yaşlı futbolçu ilə müqaviləni 2030-cu ilin yayına qədər uzatmaq istəyir.
Hazırda Kambyasonun "Yuventus"la olan müqaviləsi 2029-cu ilə qədər qüvvədədir.
Qeyd edək ki, bu ilin əvvəlində futbolçunun xidmətlərində "Mançester Siti" də maraqlı olub, lakin İngiltərə təmsilçisinin təklifi "Yuventus"u razı salmayıb.
Kambyaso 2024/25 mövsümündə "ağ-qara" formanı 46 dəfə geyinib, bu oyunlarda 2 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.