"Yuventus" rəhbərliyi hücumçu Randal Kolo-Muaninin komandada ən azı bir mövsüm də qalmasını planlaşdırır.
90deqiqe.Az xəbər verir ki, fransalı futbolçunun icarə müqaviləsi klublararası dünya çempionatının sonuna qədər uzadılmışdı. Lakin Turin təmsilçisinin turnirdən erkən ələnməsi oyunçunun klubdakı gələcəyini sual altına alıb.
"Qoca sinyora" icarəni daha bir il uzadaraq, müqaviləyə satınalma şərti daxil etmək niyyətindədir. Lakin PSJ bu təklifə müsbət yanaşmır.
26 yaşlı hücumçu "Yuventus"un heyətində keçirdiyi 22 qarşılaşmada 10 qola imza atıb və 3 məhsuldar ötürmə edib. Transfermarkt portalı Randal Kolo-Muaninin bazar dəyərini 30 milyon avro olaraq göstərir.