İngiltərənin "Liverpul" klubu portuqaliyalı futbolçusu Dioqu Jotanın ölümü səbəbindən mövsümöncəsi toplanışın başlama vaxtını təxirə salıb.
Hakimiyyet.az xəbər verir ki, komanda iyulun 4-də toplaşmalı olsa da bu baş verməyib.
Son İngiltərə çempionunun mövsümöncəsi hazırlığının başlama vaxtı məlum deyil. Komanda iyulun 13-də İngiltərənin aşağı liqa təmsilçisi “Preston”la yoldaşlıq oyunu da nəzərdə tutulub.
Qeyd edək ki, 28 yaşlı sabiq portuqaliyalı hücumçu iyulun 3-də İspaniyanın qərbindəki Samora əyalətində avtomobil qəzasında həlak olub. Faciədə futbolçu ilə yanaşı, qardaşı da dünyasını dəyişib.