AZ

"Liverpul" Dioqu Jotanın ölümü səbəbindən mövsümöncəsi toplanışın başlama vaxtını təxirə salıb

İngiltərənin "Liverpul" klubu portuqaliyalı futbolçusu Dioqu Jotanın ölümü səbəbindən mövsümöncəsi toplanışın başlama vaxtını təxirə salıb.

“Report” “The Independent”ə istinadən xəbər verir ki, komanda iyulun 4-də toplaşmalı olsa da bu baş verməyib.

Son İngiltərə çempionunun mövsümöncəsi hazırlığının başlama vaxtı məlum deyil. Komanda iyulun 13-də İngiltərənin aşağı liqa təmsilçisi “Preston”la yoldaşlıq oyunu da nəzərdə tutulub.

Qeyd edək ki, 28 yaşlı sabiq portuqaliyalı hücumçu iyulun 3-də İspaniyanın qərbindəki Samora əyalətində avtomobil qəzasında həlak olub. Faciədə futbolçu ilə yanaşı, qardaşı da dünyasını dəyişib.

Seçilən
16
44
report.az

10Mənbələr