AZ

Dioqu Jotanın dəfnindən sonra ajiotaj yarandı, polis çağırıldı

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Liverpul" komandasının və Portuqaliya millisinin faciəvi şəkildə həlak olmuş futbolçusu Dioqu Jota və onun qardaşı Andre Silvanın dəfn mərasimindən bir neçə saat sonra qəbiristanlıqda vəziyyət nəzarətdən çıxıb.

Oxu.Az bu barədə "The Sun" nəşrinə istinadla xəbər verir.

Belə ki, çoxlu sayda fanat Portuqaliyanın Qondomar şəhərindəki qəbiristanlığa gələrək məzarların yanında selfi çəkdirməyə başlayıb.

Hadisə yerinə polis çağırılıb. Polis əməkdaşları fanatları ərazidən çıxarıblar. Buna rəğmən, fanatlar tezliklə geri qayıdıblar.

Xatırladaq ki, Jota və qardaşı iyulun 3-də avtomobil qəzasında həlak olublar.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
9
oxu.az

10Mənbələr