AZ

Aslan qəfəsindən qaçıb: Bir nəfəri ağır yaraladı

Antalyanın Manavqat rayonunun Ilıca məhəlləsində, D-400 avtomobil yolunun yaxınlığında fəaliyyət göstərən xüsusi bir heyvan parkında saxlanılan “Zeus” adlı erkək aslan səhər saatlarında qəfəsindən qaçıb.

Sherg.az xəbər verir ki, heyvan parkından təxminən bir kilometr məsafədəki tarlasında işləyən 53 yaşlı Süleyman Kır aslanın hücumu nəticəsində ağır yaralanıb.

Təcili tibbi yardım əməkdaşları tərəfindən xəstəxanaya aparılan yaralı müalicəyə götürülüb.

Jandarma və polis əməkdaşları heyvan parkının ətrafında təhlükəsizlik tədbirləri görüblər, əraziyə giriş-çıxışlar məhdudlaşdırılıb.

Manavqat Kaymakamı Adil Karataş heyvanın qəfəsdən necə qaçdığının hələlik dəqiq bilinmədiyini bildirib.

Digər tərəfdən, Bilal Faruk Zeybək adlı gənc evlərinin yaxınlığındakı otluq sahəyə çıxaraq uzaqlaşan aslanı mobil telefonla görüntüləyib.

Aslan yeri müəyyən edildikdən sonra ovçular tərəfindən tüfəklə vurularaq öldürülüb.

Məlumata görə, heyvan parkında təxminən 30 aslan saxlanılır.
Seçilən
10
36
sherg.az

10Mənbələr