AZ

Nəcəf Bədəlov: Xankəndi Biznes Mərkəzi məşğulluğun artırılmasına töhfə verir

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

Xankəndi Biznes Mərkəzi məşğulluğun artırılmasına da töhfə verir.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Xankəndi Biznes mərkəzinin nümayəndəsi Nəcəf Bədəlov jurnalistlərə açıqlamasında deyib.

Qeyd edilib ki, 4 mərtəbə və zirzəmi hissədən ibarət olan Xankəndi Biznes Mərkəzi ümumilikdə 4 500 m²-dən artıq sahəni əhatə edir:

“Biznes Mərkəzində 24 ofis sahəsi, 6 iclas otağı mövcuddur. Bundan əlavə, Mərkəzdə 120 nəfər qonaq üçün nəzərdə tutulan “Zefir Cafe & Terrace” restoranı, eləcə də dəftərxana və mətbəə məhsullarının satışı, kimyəvi təmizləmə və camaşırxana xidmətləri fəaliyyət göstərəcək”.

Mərkəzin nümayəndəsi bildirib ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma proseslərinin bir parçası olan bu Mərkəz funksional idarəetmə prinsipləri və yüksək xidmət meyarlarına cavab verir:

“Xankəndi Biznes Mərkəzi Xankəndi şəhərinə açılan füsunkar mənzərəsi ilə rezident şirkətlər üçün müasir və komfortlu işgüzar mühit təklif edir. Müxtəlif sahibkarlıq subyektləri, startaplar və korporativ strukturlar üçün nəzərdə tutulmuş bu Mərkəz eyni zamanda məşğulluğun artırılmasına da töhfə verir. İlkin mərhələdə Biznes Mərkəzinə 20 nəfər işçi cəlb olunub. Onlardan 12-si Xankəndi, Xocalı, Şuşa və digər işğaldan azad olunmuş ərazilərin sakinləri, 1-i İkinci Qarabağ müharibəsi veteranıdır”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
50
apa.az

10Mənbələr