Bakı. Trend:
“Xankəndi” Biznes Mərkəzi yerli məşğulluğun artırılmasına datöhfə verir.
Trend xəbər verirki, bunu Xankəndi Biznes mərkəzinin nümayəndəsi Nəcəf Bədəlovjurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, 4 mərtəbə və zirzəmi hissədən ibarət olan“Xankəndi” Biznes Mərkəzi ümumilikdə 4 500 m²-dən artıq sahəniəhatə edir:
“Biznes Mərkəzində 24 ofis sahəsi, 6 iclas otağı mövcuddur.Bundan əlavə, Mərkəzdə 120 nəfər qonaq üçün nəzərdə tutulan “ZefirCafe & Terrace” restoranı, eləcə də dəftərxana və mətbəəməhsullarının satışı, kimyəvi təmizləmə və camaşırxana xidmətlərifəaliyyət göstərəcək”.
Mərkəzin nümayəndəsi qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdəhəyata keçirilən yenidənqurma proseslərinin bir parçası olan buMərkəz funksional idarəetmə prinsipləri və yüksək xidmətmeyarlarına cavab verir:
“Xankəndi” Biznes Mərkəzi Xankəndi şəhərinə açılan füsunkarmənzərəsi ilə rezident şirkətlər üçün müasir və komfortlu işgüzarmühit təklif edir. Müxtəlif sahibkarlıq subyektləri, startaplar vəkorporativ strukturlar üçün nəzərdə tutulmuş bu Mərkəz eyni zamandayerli məşğulluğun artırılmasına da töhfə verir. İlkin mərhələdəBiznes Mərkəzinə 20 nəfər işçi cəlb olunmuş, onlardan 12-siXankəndi, Xocalı, Şuşa və digər işğaldan azad olunmuş ərazilərinsakinləri, 1-i isə 2-ci Qarabağ müharibəsi veteranıdır”.