AZ

28 yaşında faciəvi şəkildə həlak olan futbolçuya yazılan şərh GÜNDƏM OLDU - FOTO

İngiltərənin “Liverpul” klubunun və Portuqaliya yığmasının futbolçusu Dioqu Jotanın ölümündən sonra 2022-ci ildə yazılan bir şərh gündəm olub.

Musavat.com xəbər verir ki, bu paylaşım sosial mediada geniş müzakirələrə səbəb olub.

Həmin şərhdə azarkeş Jotanı hədəf alaraq yazıb:

“İnşallah yanaraq can verərsən Dioqu Jota. 100 min lirə getdi”.

YORUM.jpg

Bu ifadənin yenidən gündəmə gəlməsi sosial mediada böyük qəzəb doğurub. Minlərlə istifadəçi həmin paylaşımı edən şəxsə sərt reaksiya göstərib.

Xatırladaq ki, Dioqu Jota və özündən kiçik futbolçu qardaşı Andrenin də içində olduğu avtomobil İspaniyanın Samora əyalətində iyulun 3-də gecə saat 00:30 radələrində idarəetmədən çıxaraq aşıb və alovlanıb. Hadisə nəticəsində həm Jota, həm də qardaşı Andre yanaraq həyatlarını itiriblər.

Musavat.com

Seçilən
15
31
musavat.com

10Mənbələr