AZ

Valverde 21-ci əsrin rekordunu təkrarladı

ABŞ-də keçirilən klublararası dünya çempionatının 1/4 final matçında "Real Madrid"in "Borussiya Dortmund"u 3:2 hesabı ilə üstələdiyi matç Madrid klubunun yarımmüdafiəçisi Federiko Valverde üçün əlamətdar olub.
 
Moderator.az bu barədə "Madrid Zone" saytına istinadla xəbər verir.
 
Belə ki, uruqvaylı futbolçu bu mövsüm "Kral klubu"nun heyətində bütün turnirlərdə 64-cü rəsmi matçına çıxaraq, Avropanın ən yaxşı 5 liqasının futbolçuları arasında bir mövsümdə oynadığı oyunların sayına görə 21-ci əsrin rekordunu təkrarlayıb.
 
Cəmi üç oyunçu bu qədər oyun keçirib: 2009/2010 mövsümündə Xose Xurado ("Atletiko Madrid"), 2012/2013 mövsümündə Oskar ("Çelsi") və 2012/2013 mövsümündə Fernando Torres ("Çelsi").
 
Növbəti oyun Valverdeni bu göstərici üzrə mütləq rekordçu edəcək. Xatırladaq ki, "Real Madrid" klublararası dünya çempionatının yarımfinalında PSJ ilə qarşılaşacaq.
Seçilən
0
11
moderator.az

10Mənbələr