Qol.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Real"ın baş məşqçisi Xabi Alonso türkiyəli futbolçusu Arda Güler haqqında danışıb.
QOL.az İspaniya mətbuatına istinadən xəbr verir ki, mütəxəssis 19 yaşlı yarımmüdafiəçinin daha yaxşı oynamağı öyrənməli olduğunu bildirib:
“O, müdafiə epizodlarını əvvəlcədən görməyi bacarmalı, sadəcə reaksiya verməklə kifayətlənməməlidir. Bu, vaxt və təcrübə tələb edir. Səhvlər edə bilər, amma səhvlərini qəbul etməlidir. Arda öz üzərində çalışır. Biz isə onun yaxşı yetişməsinə kömək edirik. Arda Güler üstün keyfiyyətlərə malik, xüsusi futbolçudur. Yaxşı pressinq edir, amma təkmilləşməlidir. Türkiyədə Ardaya böyük ümid bəsləyirlər".
Qeyd edək ki, Arda Güler klub klublararası dünya çempionatında 4 oyunda iştirak edib və 1 qol vurub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.