AZ

Alonso Arda barədə qərar verdi

“Real Madrid”in məşqçisi Xabi Alonso Arda Gülerin mövqeyi barədə qərar qəbul edib. Metbuat.az xəbər verir ki, Alonso Ardanı 8 nömrəli mövqedə oynatmaq istəyir. Bildirilir ki, FİFA Klublararası Dünya Çempionatında “Əl-Hilal”la oyunda Alonso Arda Güleri 8 nömrəli mövqedə sınayıb. Arda “Real”da ilk dəfə bu mövqedə oyanyıb. İddialara görə, ispan məşqçi mövsüm ərzində Ardanı 8 nömrəli mövqedə oynatmaq istəyir. Bundan əvvəl isə Arda Güler adətən sağ cinahda çıxış edib.

Qeyd edək ki, FIFA Klublararası Dünya Çempionatında “Real” - “Əl-Hilal” oyununda Arda Güler ikinci hissənin əvvəlində oyuna daxil olub və uğurlu oyun nümayiş etdirib. Qarşılaşma 1:1 hesab ilə yekunlaşıb.

Seçilən
71
19
metbuat.az

10Mənbələr