ain.az, Footbal-plus saytına istinadən bildirir.
Pavel Nedved Çexiya millisinin baş meneceri kimi təqdim edilib. "Football-plus.az" xəbər verir ki, 52 yaşlı mütəxəssis ölkənin əsas komandası ilə yanaşı, U-21 yığmasında da eyni səlahiyyətləri icra edəcək. "Yuventus"un və Çexiya millisinin sabiq futbolçusu bu vəzifəyə Çexiya Futbol Federasiyasının İcraiyyə Komitəsinin yekdil qərarı ilə təyin edilib. Nedved sonuncu dəfə Səudiyyə Ərəbistanının “Əl-Şabab” klubunda idman direktoru kimi çalışıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.