AZ

Milli komandaya qayıtdı

Pavel Nedved bundan sonra Çexiya yığmasında çalışacaq.

Yerli federasiyanın mətbuat xidmətinin xəbərinə görə, 52 yaşlı sabiq futbolçu milli komandanın baş meneceri təyin edilib. Nedved Çexiyanın əsas və U-21 komandasına cavabdeh olacaq.

"Football-plus.az" xatırladır ki, Nedved 2009-cu ildə futbolçu karyerasını başa vurduqdan sonra “Yuventus”da işləyib. Əvvəlcə idarə heyətinin üzvü, 2015-ci ildə isə vitse-prezident olub. Nedved klub rəhbərliyinin maliyyə planında qayda pozuntularına yol verməsi ilə bağlı araşdırmalara görə 2023-cü ilin yanvarında 8 aylıq futboldan uzaqlaşdırılıb.

O, bu ilin yanvarından Səudiyyə Ərəbistanının “Əl-Şabab” klubuna idman direktoru təyin edilmişdi.

Seçilən
23
1
football-plus.az

7Mənbələr