AZ

Çexiya millisində iş tapdı

Pavel Nedved Çexiya millisinin baş meneceri kimi təqdim edilib.

"Football-plus.az" xəbər verir ki, 52 yaşlı mütəxəssis ölkənin əsas komandası ilə yanaşı, U-21 yığmasında da eyni səlahiyyətləri icra edəcək. "Yuventus"un və Çexiya millisinin sabiq futbolçusu bu vəzifəyə Çexiya Futbol Federasiyasının İcraiyyə Komitəsinin yekdil qərarı ilə təyin edilib.

Nedved sonuncu dəfə Səudiyyə Ərəbistanının “Əl-Şabab” klubunda idman direktoru kimi çalışıb.

Seçilən
0
3
football-plus.az

9Mənbələr