AZ

Azərbaycanda vəkillərin sayı artır- Anar Bağırov

Ölkəmizdə vəkillik peşəsinə maraq azalmır. Bu gün də Vəkillər Kollegiyasına üzvlük imtahanında 421 nəfər iştirak edir. Kollegiyaya qəbul mütəmadi keçirilir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, namizədlər ölkəmizin bütün bölgələrini əhatə edir: "Ürəkaçan haldır ki, namizədlərin 70 faizdən çoxu 40 yaşınadək olan hüquqşünaslardır. Bu imtahanların fərqi ondan ibarətdir ki, namizədlərin 50 faizdən çoxu Bakı şəhərindən olmasına baxmayaraq 45 faizi ölkəmizin digər bölgələrini, o cümlədən Naxçıvan Muxtar Respublikasını təmsil edirlər. Həmçinin xanım namizədlərin sayı kifayət qədərdir. Vəkillər Kollegiyası qarşısına qoyduğu bütün vəzifələri yerinə yetirməyə çalışır. Beləliklə ölkəmizdə keçirilən imtahanlar nəticəsində vəkillərin sayı artır. Təbii ki, bütün bu işlərin, tədbirlərin bir məqsədi var. O da ölkəmizin hər bir vətəndaşının keyfiyyətli hüquqi yardıma əlçatanlığının tam təmin olunmasıdı”, - deyə o qeyd edib.

Seçilən
0
44
aznews.az

10Mənbələr