Bir neçə ay əvvəl liposaksiya-piysovurma əməliyyatı etdirdikdən sonra dünyasını dəyişən Səbirə Vəliyevanın anası Sara Məmməd qızı Qurbanova məhkəməyə müraciət edib.
Mia.az "Unikal"a istinadla xəbər verir ki, Sara Qurbanova səhiyyə naziri Teymur Musayevin xüsusi ittiham qaydasında cəzalandırılmasını istəyib. Buna səbəb nazirin Milli Məclisdəki çıxışı olub.