Kriştiano Ronaldonun bacısı Katia Aveiro İngiltərənin "Liverpul" klubunun futbolçusu Dioqo Jotanın dəfnində iştirak etməyən qardaşına sosial şəbəkədə dəstək olub.
BAKU.WS xəbər verir ki, o, sosial media hesabında paylaşım edib.
"Atam 2005-ci ildə vəfat edəndə qəbiristanlıqda və getdiyimiz hər yerdə kameralar və maraqlı izləyici-axını ilə qarşılaşmalı olduq. Və diqqət indiki kimi deyildi, biz kilsəni tərk edə bilmirdik", - Aveiro yazıb.
Xatırladaq ki, Diogu Jota 3 iyulda İspaniyanın Zamora bölgəsində baş verən yol qəzasında həyatını itirib. O, avtomobildə qardaşı Andre ilə birlikdə olub. Hər iki futbolçu maşının yanması nəticəsində vəfat edib.
Qeyd edək ki, Jota qəzanın baş verməsindən bir neçə gün əvvəl evlənmişdi.