AZ

Mbappe dünya çempionatındakı qolunu Dioqo Jotaya həsr edib FOTO

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Kilian Mbappe 2025-ci il Klublararası Dünya Çempionatının 1/4 finalında Dortmund "Borussiya"sına vurduğu qolu "Liverpul"un mərhum hücumçusu Dioqo Jotaya həsr edib.

İdman.biz xəbər verir ki, qarşılaşmanın 90+4-cü dəqiqəsində "Real"ın 3-cü qolunu vuran fransız forvard kamera qarşısına keçərək barmaq işarələri ilə Jotanın nömrəsini göstərib.

Matç Madrid təmsilçisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşşıb.

Qeyd edək ki, 28 yaşlı Dioqo Jota iyulun 3-də İspaniyada qardaşı Andre Silva ilə birlikdə avtomobil qəzasında faciəvi şəkildə həlak olub. Qardaşlar iyulun 5-də Qondomarda dəfn ediliblər.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
39
icma.az

10Mənbələr