ain.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Mərhum kimorejossor Həsən Seyidbəylinin “Gördüym yerlər” adlı kitabında maraqlı qeydlər var. Onlardan biri də yolüstü Pakistanda olarkən bir şəxslə söhbətidir. Həmin səfər zamanı ona Kəraçidə sovet eksportfilmin nümayəndəsi Yuri Sinitsın bələdçilik edib.
Yenisabah.az xəbər verir ki, Həsən Seyidbəyli yol qeydində hadisəni belə nəql edir:
“Yuri Sinitsının yaşadığı villa bir neçə otaqdan ibarətdir. Otaqların divarlarına sovet kinofilmlərinin xarici dillərdə buraxılış reklamları vurulmuşdu. Villada böyük havatəmizləyicilər işləyirdi. pizza sifarişi
Sinitsın bir pakistanlı ilə qayıtdı. Bu, ortaboylu, ortayaşlı, arıq bir kişi idi. Pakistanlı bizim bəzi filmlər haqqında çox mükəmməl danışırdı. Məlum oldu ki, o, filmlərin nümayiş etdirilməsi ilə məşğul olur. Özü də əsasən sovet filmlərinin.
Söhbət vaxtı pakistanlı (biz onun adını öyrənə bilmədik) Kəraçidə nümayiş etdirilmiş iki Azərbaycan filmindən danışdı. Bunlardan biri “Koroğlu”, digəri “Leyli və Məcnun” idi. Bu filmlərin taleyi məni çox maraqlandırdığı üçün ondan soruşdum:
- Pakistantan tamaşaçıları bizim filmləri necə qarşıladı?
- Əsasən çox yaxşı, - deyə kişi cavab verdi, - ancaq həmin filmlərdə müəyyən ixtisarlar etdikdən sonra ekrana buraxmışıq.
Həmin ixtisarların nədən ibarət olduğunu soruşdum.
Pakistanlı dedi:
- Əsasən dini məzmunlu yerlər ixtisar olunub.
- Axı nə səbəbə? Məgər dini məsələlərdən danışmaq Pakistanda qadağandır?
- Yox qadağan deyil. Lakin dini məsələlərdən danışan sənətkar dini məsələrə yaxşı bələd olmalıdır. Aktyor heç olmasa Quranı əlində düzgün tutmalıdır. Onun hərəkətləri dəqiq olmalıdır. Sizin artistlər bunu düzgün edə bilmirlər. “Leyli və Məcnun” filmində isə Məcnunun Kəbəyə gəlməsi səhnəsini kəsmişik. Çünki Həcər daşında heç kəsin əksi görünə bilməz. Bu kafirlikdir!
Pakistanlı danışdıqca mənim içimdə etiraz oynırdısa, gülümsünüb susurdum...”
Əziz Rzazadə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.