Rusiyanın Zabaykal diyarının paytaxtı Çitada An-2 təyyarəsi sərt eniş edib.
Bu haqda Rusiya KİV məlumat yayıb.
Zabaykal diyarının Səhiyyə Nazirliyi hadisə nəticəsində 10 nəfərin xəsarət aldığını, onlardan 2-nin vəziyyətinin ağır olduğunu açıqlayıb.
Yüngül mühərrikli DOSAAF təyyarəsi havaya qalxdıqdan 16 dəqiqə sonra “Topoqraf” SNT ərazisinə enib. Təyyarədə 10 paraşütçü və bir ekipaj üzvü olub.
"Cebheinfo.az"