Bakı. Trend:
Rusiyada “Yak-40” sərnişin təyyarəsi nəzərdə tutulan hava reysiüçün qalxdığı Voloqda aeroportuna məcburi eniş edib.
Trend bu barədəRusiya KİV-ə istinadən məlumat yayıb.
Kanalın verdiyi məlumata görə, Moskvaya uçmalı olan təyyarə havalimanından qalxan zaman onun turbinlərindən birinə hacıleylək daxilolub.
Şahidlərin bildirdiyinə görə, quş “Yak-40”ın sağ mühərrikinizədələyib. Hava gəmisinin pilotları digər mühərrikin hesabına onutəhlükəsiz şəkildə Voloqda aeorportuna endirə bilib.
Yanğın və ciddi zədələnmə meydana gəlməyib. İnsident nəticəsindəheç kimin xəsarət almadğı bildirilir.