AZ

Rusiyada “An-2” təyyarəsi sərt eniş edib, xəsarət alanlar var

Rusiyanın Zabaykal diyarının paytaxtı Çitada An-2 təyyarəsi sərt eniş edib.Bu barədə Rusiya KİV məlumat yayıb.

 Zabaykal diyarının Səhiyyə Nazirliyi hadisə nəticəsində 10 nəfərin xəsarət aldığını, onlardan 2-nin vəziyyətinin ağır olduğunu açıqlayıb.

Yüngül mühərrikli DOSAAF təyyarəsi havaya qalxdıqdan 16 dəqiqə sonra “Topoqraf” SNT ərazisinə enib. Təyyarədə 10 paraşütçü və bir ekipaj üzvü olub.

Seçilən
6
50
anews.az

10Mənbələr