AZ

"Bavariya"nın futbolçusu 5 ayadək oynamaya bilər

BAKI. 6 iyul. TELEQRAF

Almaniya millisinin və "Bavariya"nın futbolçusu Camal Musiala yaşıl meydanlardan 5 ayadək uzaq qala bilər.

Teleqraf "Bild" nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi Fransa PSJ-sinə qarşı klublararası dünya çempionatının 1/4 final oyununda sol ayaq sümüyünü qırıb.

Onun bərpasına 4-5 ay lazım gələcəyi bildirilir.

Musiala ilk yarının sonlarında PSJ-nin qapıçısı Canluici Donnarumma ilə toqquşma nəticəsində ciddi zədə alıb və meydanı xərəkdə tərk edib. Qarşılaşma Fransa təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.

"Bavariya"nın yetirməsi olan futbolçu ötən mövsüm 40 oyunda 18 qol vurub və 8 məhsuldar ötürmə verib. Klublararası dünya çempionatında o, 4 qarşılaşmada 3 dəfə qolla, Almaniya millisində 40 matçda 8 qol və eyni sayda məhsuldar ötürmə ilə fərqlənib.

Seçilən
8
50
teleqraf.com

10Mənbələr