ŞƏMKİR, 6 iyul. TELEQRAF
Bakı-Qazax-Gürcüstan magistral avtomobil yolunun Şəmkir rayonundan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, "VAZ 2106" markalı avtomobil "Toyota Rav-4" markalı maşınla toqquşub.
Qəza zamanı "VAZ 2106" da olan bir nəfər şəxs həyatını itirib. Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub. Araşdırma aparılır.