ain.az, Lent az portalına istinadən məlumat verir.
Xəbərə foto əlavə edilib.
***
saat 12.26
Şəmkirdə toqquşan iki minik avtomobilindən biri Türkiyə vətəndaşına məxsus olub.
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, "VAZ 2106" markalı minik avtomobili ilə Türkiyə vətəndaşına məxsus “Nissan” markalı minik avtomobili toqquşub.
Qeyd edək ki, qəza nəticəsində Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Ə.İsmayılov hadisə yerində ölüb, 2001-ci il təvəllüdlü Q. İsayev xəsarət alıb.
***
saat 11.53
Bu gün saat 09:05 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində 1990 və 2001-ci il təvəllüdlü 2 nəfər (kişi cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Lent.az-a TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, şəxslərə ilkin zəruri tibbi xidmətlər göstərilib.
2001-ci il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən öz istəyi ilə ambulator müalicə üçün evə buraxılıb.
Vəziyyəti ağır qiymətləndirilən 1990-cı il təvəllüdlü şəxsin isə aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 09:14-də ölüm faktı qeydə alınıb.
***
saat 10.46
Şəmkirdə ölümlə nəticələn yol qəzası baş verib.
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza nəticəsində rayon sakini 1990-cı il təvəllüdlü Ə.İsmayılov hadisə yerində ölüb, 2001-ci il təvəllüdlü Q. İsayev xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.