AZ

Şəmkirdə iki minik avtomobili toqquşub, ölən var - FOTO - YENİLƏNİB-2

Xəbərə foto əlavə edilib.

***

saat 12.21

Şəmkirdə toqquşan iki minik avtomobilindən biri Türkiyənin Azərbaycandakı diplomatik missiyasına məxsus olub.

APA-nın xəbərinə görə, "VAZ 2106" markalı minik avtomobili ilə Türkiyənin Azərbaycandakı diplomatik missiyasına məxsus “Nissan” markalı minik avtomobili toqquşub.

Qeyd edək ki, qəza nəticəsində Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Ə.İsmayılov hadisə yerində ölüb, 2001-ci il təvəllüdlü Q. İsayev xəsarət alıb.

***

saat 11.49

Bu gün saat 09:05 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində 1990 və 2001-ci il təvəllüdlü 2 nəfər (kişi cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə APA-ya TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, şəxslərə ilkin zəruri tibbi xidmətlər göstərilib.

2001-ci il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən öz istəyi ilə ambulator müalicə üçün evə buraxılıb.

Vəziyyəti ağır qiymətləndirilən 1990-cı il təvəllüdlü şəxsin isə aparılan reanimasiya tədbirlərinə baxmayaraq, saat 09:14-də ölüm faktı qeydə alınıb.

***

saat 10.43

Şəmkirdə ölümlə nəticələn yol qəzası baş verib.

APA nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza nəticəsində rayon sakini 1990-cı il təvəllüdlü Ə.İsmayılov hadisə yerində ölüb, 2001-ci il təvəllüdlü Q. İsayev xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
10
50
apa.az

10Mənbələr