AZ

Şəmkirdə Türkiyə səfirliyinə məxsus avtomobil qəza törətdi: ölən var - YENİLƏNDİ

  Şəmkir rayonunda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasının bəzi təfərrüatları məlum olub.

ReferansTeleqraf-a istinadən xəbər verir ki, rayon mərkəzindən Könüllü kəndi istiqamətində gedən yolda qeydə alınan qəzada toqquşan avtomobillərdən biri Türkiyənin Azərbaycandakı səfirliyinə məxsusdur.

Qəza "VAZ-2106" və "Nissan X Trail" markalı avtomobillərin iştirakı ilə baş verib.
Nəticədə "VAZ-2106"da olan Könüllü kənd sakinləri - 1990-cı il təvəllüdlü Əli İsmayılov və 2001- ci il təvəllüdlü Qəlındər İsayev xəsarət alıb. Yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Tibbi yardıma baxmayaraq Ə.İsmayılov aldığı xəsarətlərdən vəfat edib. Q.İsayevə isə ilkin yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Türkiyə səfirliyinə məxsus 001-D-027 nömrə nişanlı "Nissan X Trail" markalı avtomobili idarə edən 1983-cü il təvəllüdlü Yusuf Eltac qəza zamanı hər hansı xəsarət almayıb. O, Türkiyə vətəndaşıdır.

Faktla bağlı araşdırma aparılır.

***

Bu gün saat 09:05 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində 1990 və 2001-ci il təvəllüdlü 2 nəfər (kişi cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, şəxslərə ilkin zəruri tibbi xidmətlər göstərilib:

"2001-ci il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən öz istəyi ilə ambulator müalicə üçün evə buraxılıb.

Vəziyyəti ağır qiymətləndirilən 1990-cı il təvəllüdlü şəxsin isə aparılan reanimasiyon tədbirlərinə baxmayaraq, saat 09:14-də ölüm faktı qeydə alınıb".

***

Bakı-Qazax-Gürcüstan magistral avtomobil yolunun Şəmkir rayonundan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Referans xəbər verir ki, Teleqraf-ın yerli bürosunun məlumatına görə, "VAZ 2106" markalı avtomobil "Toyota Rav-4" markalı maşınla toqquşub.

Qəza zamanı "VAZ 2106" da olan bir nəfər şəxs həyatını itirib. Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub. Araşdırma aparılır.  

Seçilən
10
50
referans.az

10Mənbələr