
İsrail hakimiyyəti Qəzza sektorunda saxlanılan girovların azad olunması ilə bağlı razılaşma üzrə danışıqlar üçün Qətərin paytaxtı Doha şəhərinə nümayəndə heyəti göndərmək qərarına gəlib.Bu barədə Ynet nəşri yüksək rütbəli israilli mənbəyə istinadla məlumat yayıb.“Qətərin paytaxtı Dohada «birbaşa olmayan danışıqlarda» iştirak etmək üçün İsrail nümayəndə heyəti göndərmək qərarı qəbul olunub”, – deyə xəbərdə bildirilir."Kan" telekanalının verdiyi məlumata görə, HƏMAS vasitəçilərin – Qətər və ABŞ-ın təzyiqi nəticəsində öz tələblərini yumşaldıb. İsrailli rəsmilərin sözlərinə görə, artıq müzakirə ediləcək konkret məqamlar var.Ulusum.az
Diqqət Çəkənlər
Zərif görünən təhlükə: Qaranlıq empat kimdir və sizi necə ələ keçirir?
İtaliyada dəhşət: Ata COVID qorxusundan iki uşağını üç il meşədə gizlədib
Alman politoloqdan xəbərdarlıq: Tramp Ukraynanı Avropanın "boynuna qoyur"