AZ

İsrail HƏMAS-ın Qəzza razılaşmasına düzəlişlərini rədd etdi -VİDEO

HƏMAS-ın Qətərin Qəzza zolağında nizamlanma ilə bağlı təklifinə etdiyi düzəlişlər İsrail üçün qəbuledilməzdir.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Baş nazir Benyamin Netanyahunun ofisinin bəyanatında belə deyilir.

 

“HƏMAS-ın Qətərin təklifinə etdiyi düzəlişlər bizə çatdırılıb və bunlar İsrail üçün qəbuledilməzdir”, - bəyanatda vurğulanır.

 

Baş nazirin ofisi qeyd edib ki, İsrail artıq Qətərin təşəbbüsünü qəbul edib.

 

Ofis əlavə edib ki, hökumət başçısı girovların azad edilməsi şərtlərinin müzakirəsini davam etdirmək üçün Qətərin vasitəçiliyi ilə dolayı danışıqlarda iştirak etmək qərarına gəlib.

 

Daha əvvəl bildirilmişdi ki, İsrail və HƏMAS arasında saziş layihəsində ABŞ zəmanəti ilə 60 günlük atəşkəs nəzərdə tutulur. Sky News Arabia telekanalının məlumatına görə, Vaşinqton həm atəşkəs zamanı, həm də ondan sonra atəşkəsə əməl olunmasına nəzarət edəcək. Sənəddə həmçinin İsrail qoşunlarının Qəzza zolağından çıxarılması və humanitar yardımın çatdırılması qrafikinin razılaşdırılması nəzərdə tutulurdu.

 

İyulun 2-də ABŞ Prezidenti Donald Tramp İsrailin 60 günlük atəşkəsə razılaşdığını bəyan edib. Ynet-in məlumatına görə, sabah Qətərdə danışıqların yeni raundları başlaya bilər.

Seçilən
28
50
senzor.az

10Mənbələr