AZ

“Kəpəz” ətrafında Vaqif Heydərli Erkin İbrahimov mübarizəsi... heyət niyə “dağıdılır”?

Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.

“Kəpəz” azarkeşləri narahatdı. Səbəbi uzaqda axtarmağa ehtiyac yoxdu. Gəncə təmsilçisi yay “transfer pəncərəsi”ndə Yeqor Xvalko, Trent Buhagyar, Rati Ardazişvili, Kərim Lkoça, Dioqo Verdaşka, Rojerio Santos, Valdemar Almeyda, Tural Rzayev, Turan Manafov, Nicat Süleymanov və Camal Cəfərovla yolları ayırıb.Əslində burda bəzi qərarların anlaşılmaz olduğu gün kimi aydındı. Ona görə ki, indiyə qədər göndərilən futbolçular “sarı-göylər”in ötən mövsüm premyer-liqada yerini qorumasında böyük pay sahibi olub. “Kəpəz”in rəhbərliyində dəyişikliklər olsa da, premyer-liqa ilə bağlı hədəfi dəyişməyib: komanda 2025/26 mövsümündə də burda qalmaq uğrunda mübarizə aparacaq.Bəs kollektivdə radikal dəyişikliklərə ehtiyac duyulması nədən irəli gəlir? “Football-plus.az”a bu məsələ ilə bağlı informasiya daxil olub. Mənbəmizin sözlərinə inansaq, futbolçuların kollektivdən göndərilməsinin səbəbkarı mayın əvvəlində klubun idman məsələləri üzrə müşaviri təyin edilən Erkin İbrahimovdu. Belə ki, o, həmin futbolçuların əksəriyyətinin menecer Vaqif Heydərlinin vasitəçiliyi ilə heyətə cəlb olunduğunu bilir. İş ondadı ki, Erkin bəylə Vaqif bəyin münasibətləri idealdan uzaqdı. İbrahimov məhz bu üzdən heyətdə özünün seçdiyi futbolçuların çıxış etməsinin tərəfdarıdı.Hər halda, “Kəpəz”in şəxsi intriqaların yuvasına çevrilməsinə istəməzdik. Tərəflərin bu yöndə fikirləri olarsa, onları da dinləməyə hazırıq.KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
22
icma.az

10Mənbələr