Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Kəpəz" növbəti mövsümün hazırlığına başlayıb. Gəncə təmsilçisi ötən gün ilk məşqə çıxıb. Hazırlıq prosesi Məşq Mərkəzində keçirilib.
İdman.biz xəbər verir ki, "sarı-göylər"in baş məşqçisi Adil Şükürov Fanat.Az-a açıqlamasında komandasının hazırlıəq prosesinə natamam heyətlə başladıqlarını bildirib: "Bildiyiniz kimi, komandadan gedənlər var. Bu üzdən hazırlığa əvəzedici komandanın üzvlərini də cəlb etmişik. Ancaq tədricən heyətin digər üzvləri, o cümlədən yeni transferlər düşərgəyə qoşulacaqlar. Toplanışın ilk mərhələsində gündə bir dəfə olmaqla məşq edəcəyik. Bu həftəki çalışmalar əsasən futbolçuların fərdi hazırlıqlarının, individual göstəricilərinin artırılmasına, tonusa salınmasına xidmət edəcək. Hazırlığın əsas mərhələsində günaşırı bir və iki məşq olacaq. Üstəlik, yoxlama oyunları keçirəcəyik. Qəbələdə yerli komanda və "Şamaxı" ilə görüşlər nəzərdə tutulub. Amma hələ detallar tam razılaşdırılmadığı üçün açıqlama yubanır".
Qeyd edək ki, "Kəpəz" çempionat başa çatdıqdan sonra baş məşqçi Azər Bağırov və 11 futbolçu (İqor Xvalko, Karim Lkoça, Radi Ardazişvili, Trent Buhagiar, Dioqu Verdaşka, Rojerio Santos, Valdemar Almeyda, Tural Rzayev, Turan Manafov, Nicat Süleymanov, Camal Cəfərov) ilə yollarını ayırıb. Komandanın sabiq çalışdırıcısı Adil Şükürov yenidən baş məşqçi postuna təyin olunub.
İdman.biz
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.