AZ

Almaniya cinayət törətmiş suriyalıların deportasiyasına başlamağa hazırlaşır

Bakı. Trend:

Almaniya hakimiyyəti Suriyada Əsəd rejiminin devrilməsindənsonra mümkün olan dəyişiklikləri nəzərə alaraq, cinayət törətmişsuriyalıların deportasiyasına başlamaq niyyətindədir.

Trend xəbər verirki, bu barədə Almaniya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəyə (BAMF)"təhlükəli Suriya vətəndaşları və cinayətkarlara" qarşı tədbirlərgörülməsi barədə göstəriş verdiyini açıqlayıb.

Nazirliyin nümayəndəsi qeyd edib ki, ağır cinayətlər qaçqınstatusunun verdiyi müdafiə hüququnu ləğv edir və bu statusun gerialınmasına səbəb ola bilər.

Qeyd olunub ki, hazırkı federal koalisiya hökumətini təşkil edənüç partiyanın imzaladığı razılaşmada "cinayətkarlar və təhlükəmənbəyi hesab olunan şəxslərdən başlayaraq" Əfqanıstan və Suriyayadeportasiyanın həyata keçirilməsi nəzərdə tutulur.

Hazırda Almaniyada təxminən 1 milyon suriyalı yaşayır ki,onların əksəriyyəti 2015–2016-cı illərin qaçqın böhranı dövründəölkəyə gəlib.

Seçilən
2
29
az.trend.az

10Mənbələr