AZ

Hökumətin IT infrastrukturunda ciddi təhlükəsizlik boşluqları var - Almaniya Hesablama Palatası

Bakı. Trend:

Almaniyanın Hesablama Palatası federal hökumətin informasiyatexnologiyaları infrastrukturunda ciddi kibertəhlükəsizlikzəiflikləri olduğunu açıqlayıb.

Trend xəbər verirki, bu barədə məlumat “Spiegel” qəzetinin əldə etdiyi, BüdcəKomitəsinə təqdim olunan hesabatda yer alıb.

Sənəddə qeyd edilir ki, federal hökumətə məxsus 100-dən çoxməlumat mərkəzindən yalnız 10 faizi minimum təhlükəsizlikstandartlarına cavab verir. Bir çox dövlət qurumlarında fövqəladəhallar üçün ehtiyat enerji sistemləri və coğrafi ehtiyat nüsxələməimkanlarının olmaması sosial təminat kimi əsas xidmətlərindavamlılığını təhlükə altına alır.

Palata kibertəhlükəsizlik sahəsində 77 dövlət qurumununfəaliyyət göstərdiyini, lakin aralarında əməkdaşlıq vəkoordinasiyanın çox zəif olduğunu vurğulayıb. Milli KibermüdafiəMərkəzinin fəaliyyəti isə qeyri-effektiv hesab olunub.

Bundan əlavə, 2021-ci ildə qəbul edilən və sonradan yenilənənkibertəhlükəsizlik strategiyasının da səmərəsiz olduğu qeyd olunub.Sənədin hazırlanması zamanı real problemlər və mövcud resursehtiyacları nəzərə alınmayıb.

Hesablama Palatası federal hökumətə çağırış edərək:

- Kibertəhlükəsizlik strukturunun yenidən nəzərdənkeçirilməsini,

- İdarəetmənin mərkəzləşdirilməsini,

- Xərclərə daha ciddi nəzarətin təmin edilməsini tövsiyəedib.

Hazırda kibertəhlükəsizlik məsələlərinə Almaniyada həm Daxiliİşlər Nazirliyi (BMI), həm də Rəqəmsal İşlər Nazirliyi (BMDS)cavabdehdir. Hər iki qurum Hesablama Palatasının iradlarını qəbuletsə də, məsuliyyət bölgüsündə Avropa İttifaqının normativtənzimləmələrinə istinad ediblər.

Seçilən
34
29
az.trend.az

10Mənbələr