ain.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
2024-cü ilin sonunda Almaniyada təxminən 83,6 milyon insan yaşayırdı...
...2024-cü ildə Almaniyada doğulanların sayı ölənlərin sayından az olsa da, ölkə əhalisi miqrasiya hesabına artıb. SİA xəbər verir ki, bunu Welt portalına istinadən Almaniya Federal Statistika İdarəsinin məlumatları sübut edir.
2024-cü ilin sonunda Almaniyanın demək olar ki, 83,6 milyon əhalisi var idi ki, bu da indiyədək qeydə alınan ən yüksək rəqəmdir.
2023-cü illə müqayisədə artım 0,1 faiz və ya 121 min nəfər təşkil edib. Almaniya əhalisinin artımı əcnəbilərin gəlişi ilə bağlıdır: Federal Statistika İdarəsinin məlumatına görə, Almaniyanın xarici əhalisi 283 min nəfər və ya 2,3 faiz artıb.
Almaniya əhalisinin tərkibində əcnəbilərin payı 2023-cü ilin sonundakı 14,5 faizdən 2024-cü ilin sonunda 14,8 faizə yüksəlib.
Əcnəbilərin ən böyük qrupları türklər (təxminən 1,4 milyon), ukraynalılar (təxminən 1,1 milyon) və suriyalılar (təxminən 890 min) olub.
Bununla belə, Almaniyada əhalinin təbii artımı 2024-cü ildə yenidən qeydə alınmayıb, çünki ölüm nisbəti doğum nisbətini 330 min nəfər ötüb.
Almaniyanın əhalisi 2023-cü ildə 300 min nəfər artaraq rekord 84,7 milyon nəfərə çatıb, çünki ölkəyə xalis miqrasiya aşağı doğum səviyyəsini və əhalinin qocalmasını kompensasiya edib.
Əli Babayev
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.