AZ

Yay aylarında xəstəliklərin əsas səbəbləri nədir?

ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yay mövsümündə havaların isinməsi ilə bir sıra xəstəliklərin yayılmasında artım müşahidə olunur.

Bəs xəstəliklərin əsas səbəbləri nədir? 

Milli.Az xəbər verir ki, həkimlərin fikrincə, bu dövrdə baş verən xəstəliklərin əsas səbəbləri qida zəhərlənmələri, virus infeksiyaları, günvurma və gigiyenik qaydalara əməl edilməməsidir.

İsti hava şəraitində qida məhsulları daha tez xarab olur. Bu da zəhərlənmə riskini artırır. Xüsusilə küçə satıcılarından alınan düzgün saxlanılmayan məhsullar sağlamlıq üçün təhlükə yaradır. Həkimlər insanlara qablaşdırılmamış və mənşəyi məlum olmayan qidalardan uzaq durmağı tövsiyə edir.

Bundan başqa, yayda hovuz və dənizlərdə infeksiyaların yayılması da sürətlənir. Çimmə sularının təmiz olmaması, həmçinin şəxsi gigiyenaya laqeyd yanaşma mədə-bağırsaq infeksiyalarına və dəri xəstəliklərinə səbəb ola bilər.

Yay aylarında günvurma halları da artır. Xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliyi olanlar günorta saatlarında birbaşa günəş şüalarından qorunmalı, bol maye qəbul etməlidir.

Mütəxəssislər yay mövsümündə sağlam qalmaq üçün təmiz su içməyi, düzgün qidalanmağı, gigiyenik qaydalara riayət etməyi və günəş şüalarından qorunmağı tövsiyə edir.

Asya

Milli.Az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
12
news.milli.az

10Mənbələr