Almaniyada sığınacaq üçün müraciətlərin sayı kəskin azalıb.
Operativ Media xəbər verir ki, bu barədə Almaniya KİV məlumat yayıb.
Məlumata görə, cari ilin yanvarın 1-dən iyunun 30-dək olan dövrdə 65 495 müraciət təqdim edilib.
Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə demək olar ki, iki dəfə (43%) azdır.
Məlumata görə, Almaniyada sığınacaq istəyənlərin yarıdan çoxu üç ölkədəndir: Əfqanıstan (22%), Suriya (20%) və Türkiyə (11%). Beşinci yerdə isə Rusiyadan olan müraciətçilər gəlir – onların payı 3,1% təşkil edib (təxminən 2030 nəfər).