EN

Almaniyada sığınacaq üçün müraciətlərin sayı kəskin şəkildə azalıb

Almaniyada sığınacaq üçün müraciətlərin sayı kəskin azalıb.

Operativ Media xəbər verir ki, bu barədə Almaniya KİV məlumat yayıb.

Məlumata görə, cari ilin yanvarın 1-dən iyunun 30-dək olan dövrdə 65 495 müraciət təqdim edilib.

Bu isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə demək olar ki, iki dəfə (43%) azdır.

Məlumata görə, Almaniyada sığınacaq istəyənlərin yarıdan çoxu üç ölkədəndir: Əfqanıstan (22%), Suriya (20%) və Türkiyə (11%). Beşinci yerdə isə Rusiyadan olan müraciətçilər gəlir – onların payı 3,1% təşkil edib (təxminən 2030 nəfər).

Chosen
38
50
operativmedia.az

10Sources