AZ

BMT Komissiyası Səhiyyə Nazirliyi ilə əməkdaşlıq qurur

Azərbaycan Səhiyyə Nazirliyində Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) İcraçı katibi Armida Salsiah Aliscahbanla görüş keçirilib.

Görüş zamanı səhiyyə naziri Teymur Musayev Azərbaycanın BMT-nin müxtəlif ixtisaslaşmış strukturları, həmçinin UNESCAP ilə səmərəli əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Nazir qeyd edib ki, Azərbaycan 1992-ci ildə BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasına üzv olub və bu müddət ərzində UNESCAP-a üzv əksər dövlətlərlə yüksək səviyyədə ikitərəfli əlaqələr qurulub.

UNESCAP-ın İcraçı katibi 2023-cü ilin noyabrında BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümündə Azərbaycanda Zirvə görüşünün keçirilməsinin əlamətdar hadisə olduğunu vurğulayıb.

XQ

Seçilən
37
9
xalqqazeti.az

10Mənbələr