İstanbulda jurnalist Timur Soykan saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə türkiyəli jurnalist Şule Aydın sosial şəbəkədəki hesabında məlumat verib.
“Timur saxlanılıb! Hazırda onu polis bölməsinə aparırlar. Səbəb sosial şəbəkələrdəki paylaşımlarıdır”, – deyə Aydın yazıb.
İstanbul Prokurorluğu da saxlanılmanı təsdiqləyib və Soykan barəsində sosial şəbəkə hesabı vasitəsilə ictimaiyyəti çaşdıran məlumatların yayılması maddəsi üzrə istintaqa başlanıldığını bildirib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta