Türkiyəli jurnalist Timur Soykan saxlanılıb.Bu barədə onun həmkarı Şule Aydın sosial media hesabında məlumat verib.
"Timur saxlanılıb! Hazırda polis bölməsinə aparılır. Səbəb sosial şəbəkələrdəki paylaşımlardır",-deyə Aydın qeyd edib.
İstanbul prokurorluğu həbsi təsdiqləyib və Soykanın sosial media hesabı vasitəsilə ictimaiyyətə çaşdırıcı məlumatlar yaydığına görə istintaqa başlanıldığını bildirib.